media-cell

Azərbaycan Güləş Federasiyasının (AGF) sabiq vitse-prezidenti Cavanşir Qurbanov vəfat edib.

XALQ  xəbər verir ki, tanınmış idman xadimi 78 yaşında ikən dünyasını dəyişib. Cavanşir Qurbanov 1968-ci ildən idman sahəsində çalışmağa başlayıb.

O, 1972–1992-ci illərdə Bakı şəhəri Xalq Maarifi şöbəsinin Uşaq-Gənclər Güləş İdman Məktəbinin direktoru olub.

1992-ci ildən Milli Olimpiya Komitəsinin üzvü, 1995–2006-cı illərdə AGF-nin I vitse-prezidenti, 2006 – 2017-ci ildə qurumun regionlar üzrə vitse-prezidenti olub. 2002-ci ildə Bakı şəhərində sərbəst güləş üzrə Avropa çempionatının, 2004-cü ildə Dünya Kubokunun və 2006-cı ildə kişilər arasında sərbəst, yunan-roma və qadınların sərbəst güləş üzrə Qızıl Qran-Pri beynəlxalq turnirinin final mərhələsinin Təşkilat Komitəsinin sədr müavini olub.

media-cavv

Cavanşir Qurbanov Əməkdar bədən tərbiyəsi və idman xadimi, 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordenli, beynəlxalq dərəcəli hakim, əməkdar məşqçi, Yasamal rayon Ağsaqqalar şurasının sədri olub.

media-cell

Qeyd edək ki, nəğməkar-şair  “Fire Land production”-un rəhbəri Cəlal Qurbanovun atasıdır.

Allah rəhmət eləsin!


media-728x90banner

Bənzər xəbərlər