media-tia_2911a4af461096c0c825ad4dc3b59dbd_59soiyewm7k2pv1x3nr6-645x430

Kamboca baş naziri Hun Manetin Azərbaycana səfəri çox məhsuldar olacaq və o, AQEM sammitində iştirak edəcək.

Xalq.online xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Bakıda Kamboca baş naziri ilə mətbuat üçün birgə bəyanatla çıxış edərkən deyib.

“Əminəm ki, bu səfər (ölkəmizə – red.) Sizin üçün səmərəli və xoş olacaq. Siz Azərbaycanda bir neçə gün keçirəcəksiniz, həmçinin qarşıdakı AQEM sammitində (15 oktyabr – red.) iştirak edəcəksiniz. Sizin bu tədbirə şəxsən qatılmağınız bizim üçün böyük şərəfdir. Həmçinin keçmiş baş nazir, hazırda isə Senat sədri olan atanızla görüşdükdən sonra Sizi burada, Azərbaycanda qəbul etmək bizim üçün böyük şərəfdir”, – İlham Əliyev bildirib.

Prezidentin sözlərinə görə, baş nazirin Azərbaycana bu günkü səfəri ikitərəfli əməkdaşlıq siyasətin davamıdır.


media-728x90banner

Bənzər xəbərlər