İlham Əliyev liderlərin iclasında – Fotolar
Prezident İlham Əliyev Özbəkistanın paytaxtı Daşkənddə Mərkəzi Asiya Dövlət Başçılarının “Mərkəzi Asiya+Azərbaycan” formatında 7-ci Məşvərət Görüşünün iclasında iştirak etmək üçün Konqres Mərkəzinə gəlib.
XALQ xəbər verir ki, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev dövlət başçısını qarşılayıb.
***
Özbəkistanın paytaxtı Daşkənddə Mərkəzi Asiya Dövlət Başçılarının “Mərkəzi Asiya+Azərbaycan” formatında 7-ci Məşvərət Görüşünün iclası keçirilir.
Prezident İlham Əliyev tədbirdə iştirak edir.














