İlham Əliyev Qobustanda açılışlar etdi – Foto
Azərbaycan Prezidenti İlham Əliyev iyulun 29-da Qobustan rayonuna səfərə gəlib.
XALQ.AZ xəbər verir ki, dövlət başçısı ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.
***
Prezident eyni zamanda Qobustanda koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli xəstəxananın açılışında iştirak edib.
Dövlət başçısına modul tipli xəstəxanada yaradılan şərait barədə məlumat verilib.
***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 29-da Bakı-Şamaxı-Muğanlı-İsmayıllı–Qəbələ avtomobil yolunun 131,5-ci kilometrindən 215-ci kilometrinə qədər olan hissəsinin yenidən qurulması layihəsi ilə tanış olub.
Dövlət başçısına layihə üzrə görüləcək işlər barədə məlumat verilib.
***
İsmayıllı rayonunun Muğanlı-İsmayıllı (30 km)-Təzəkənd-Ağbulaq-Qoşakənd avtomobil yolu (8 km) yenidənqurmadan sonra istifadəyə verilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yolun açılışında iştirak edib.
Tədbir çərçivəsində Qaraməryəm-İsmayıllı-Şəki (27 km)-Quşencə-Zoğallıq avtomobil yolunun da təqdimatı olub.
XALQ.AZ










