media-86

Bu gün Latviya Prezidenti Edqars Rinkeviçsin rəsmi qarşılanma mərasimi olub.

XALQ xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda Latviya Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Azərbaycan Prezidenti İlham Əliyev Latviya Prezidenti Edqars Rinkeviçsi qarşılayıb.

Fəxri qarovul dəstəsinin rəisi Latviya Prezidentinə raport verib.

Latviya və Azərbaycanın Dövlət himnləri səsləndirilib.

Azərbaycan nümayəndə heyətinin üzvləri Prezident Edqars Rinkeviçsə, Latviya nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə təqdim olunub.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və Latviya Prezidenti Edqars Rinkeviçsin qarşısından keçib.

Dövlət başçıları rəsmi foto çəkdiriblər.

 












***

Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin Latviya Prezidenti Edqars Rinkeviçs ilə təkbətək görüşü olub.

 XALQ xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.


media-728x90banner

Bənzər xəbərlər