Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə XVI BRICS Sammitinin “Outreach” / “BRICS+” formatında iştirak etmək üçün oktyabrın 23-də Rusiya Federasiyasının Tatarıstan Respublikasının paytaxtı Kazan şəhərinə səfərə gəlib.

MilliYol.az xəbər verir ki, dövlətimizin başçısının təyyarəsini Kazan Beynəlxalq Hava Limanına enərkən hərbi helikopterlər müşayiət edib.

Kazan Beynəlxalq Hava Limanında Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Prezident İlham Əliyevi Rusiya Federasiyasının Tatarıstan Respublikasının Rəisi Rüstəm Minnixanov qarşıladı.

 

*****

 

Bu gün Prezident İlham Əliyevin Kazanda Tatarıstanın Rəisi Rüstəm Minnixanov ilə görüşü olub.

XALQ.AZ xəbər verir ki, bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.

****

 

Oktyabrın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Kazanda Rusiya Federasiyasının “Sberbank” Publik Səhmdar Cəmiyyətinin prezidenti, İdarə Heyətinin sədri German Qref ilə görüşü olub.
****

Azərbaycan Prezidenti İlham Əliyevin Kazanda Bosniya və Herseqovinanın Serbska Respublikasının Prezidenti Milorad Dodik ilə görüşü olub.

Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

 

*****

Oktyabrın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Kazanda BRICS-ə üzv dövlətlər tərəfindən təsis olunmuş Yeni İnkişaf Bankının prezidenti Dilma Russeff ilə görüşü olub.

Dilma Russeff Azərbaycanda COP29-un keçirilməsini xüsusi qeyd edərək, bu tədbirdə iştirak edəcəyini məmnunluqla vurğuladı. O, iqlim maliyyələşməsi mövzularının beynəlxalq maliyyə institutlarının diqqət mərkəzində olduğunu dedi və bu nöqteyi-nəzərdən Bakıda keçiriləcək COP29-un önəminə toxundu.

Söhbət zamanı qarşılıqlı maraq doğuran əməkdaşlıq imkanları müzakirə edildi.

****

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin oktyabrın 23-də Kazanda Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulit ilə görüşü olub.

Laos Prezidenti ölkəsi ilə Azərbaycan arasında yaxşı əlaqələrin olduğunu vurğulayaraq iqtisadiyyat, ticarət, investisiya, turizm, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlığımızın inkişafı üçün əlverişli perspektivlərin mövcudluğunu qeyd etdi.

Thonqlun Sisulit hələ 1981-ci ildə Bakıda olduğunu məmnunluqla xatırlayaraq, ötən dövr ərzində Azərbaycanın böyük inkişaf yolu keçdiyini vurğuladı. O, sovetlər dövründə çox sayda laoslu mütəxəssisin Azərbaycanda təhsil almasına görə təşəkkürünü bildirərək, bu gün də həmin şəxslərin Laosda nazir, nazir müavini və digər rəhbər vəzifələrdə fəaliyyət göstərərək ölkənin inkişafına töhfə verdiklərini dedi.

Thonqlun Sisulit dövlətimizin başçısını Laosa səfərə dəvət etdi.

Xoş sözlərə görə minnətdarlığını ifadə edən Azərbaycan Prezidenti dəvətə görə təşəkkürünü bildirdi.

Dövlətimizin başçısı ölkələrimiz arasında iqtisadiyyat, ticarət, enerji sahələrində əlaqələrin inkişaf etdirilməsi üçün müvafiq işçi qrupunun yaradılması və mütəxəssislərdən ibarət hökumət nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin təşkil olunmasını qeyd etdi.

Prezident İlham Əliyev Azərbaycanın təhsil sahəsində Laosa bundan sonra da dəstək göstərməsi imkanlarına toxundu.

Görüşdə gələn il Azərbaycan ilə Laos arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyinin qeyd olunacağı vurğulandı, ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığı qeyd edildi.


media-728x90banner

Bənzər xəbərlər