İlham Əliyev və Aleksandr Lukaşenko Füzulidə
Azərbaycan Respublikasında dövlət səfərində olan Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko mayın 17-də Füzuli rayonuna gəlib.
XALQ.AZ xəbər verir ki, Füzuli Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qarşılayıb.
Belarus Prezidentinə Füzuli, Zəngilan və Laçın beynəlxalq hava limanları barədə məlumat verilib.
×××
Azərbaycan Prezidenti İlham Əliyev və Belarus Prezidenti Aleksandr Lukaşenko Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb və şəhərin Baş planı ilə tanış olublar.
XALQ.AZ xəbər verir ki, bu barədə Azərbaycan liderinin Mətbuat xidməti məlumat yayıb.











