İlham Əliyevə Sülh üzrə Nobel mükafatı verilməsi üçün namizədliyi irəli sürülsün-Çağırış
Azərbaycan Prezidenti cənab İlham Əliyevin Nobel Sülh mükafatına layiq görülməsi barədə fikirlər genişlənir.
Uzun illər bu mötəbər mükafatın tədqiqatçısı kimi deyə bilərəm ki, bunu əsalandırmaq üçün ciddi səbəblər var.
XALQ.AZ məlumat verir ki,bunu millət vəkili Etibar Əliyev Milli Məclisin növbədənkənar plenar iclasında çıxışı zamanı bildirib.
Millət vəkili qeyd edib ki. Nobel Sülh mükafatı Alfred Nobelin məşhur vəsiyyətnaməsinə uyğun olaraq millətlərin dostluğuna xidmət edən, hərbi qarşıdurmaları aradan qaldıra bilən, eləcə də sülhpərvər qüvvələrin bir araya gəlməsini təşkil edən şəxslərə verilir.
Namizədlərlə bağlı fəlsəfə, tarix, hüquq və siyasi elmlərin tanınmış nümayəndələri həmçinin aktiv ictimai xadimlərin rəyləri öyrənilir.
Həmçinin əvvəlki illərdə Nobel mükafatı laureatları individual formada namizədlik irəli sürə bilərlər.
Etibar Əliyev qeyd edib ki, 1994-cü ildə atəşkəs müqaviləsinin imzalanmasında Azərbaycan tərəfinin məqsədi ədalətli sülhə nail olmaq idi. Lakin ermənilər və onların havadarları ədalətli sülhün əldə olunmasına maneçilik törətdilər. Dünyada atəşkəs nümunəsi var. 1973 -cü ildə ABŞ Vyetnam müharibəsində keçici atəşkəsin əldə olunmasına görə Kissincer Sülh üzrə Nobelə layiq görüldü. Qarabağla bağlı BMT- nin Təhlükəsizlik şurasının 4 qətnaməsi icra olunmadı. Buna baxmayaraq BMT-nin o zamankı Baş katibi Kofi Annan Nobel Sülh mükafatına layiq görüldü. BMT-nin müxtəlif institutları bir neçə dəfə Nobel Sülh mükafatına layiq görülüb. Məsələn, Qaçqınlar üzrə Ali komissarlıq 3 dəfə Nobel alıb.
44 günlük Vətən müharibəsində Azərbaycan bu qurumda islahat aparmağa nail oldu. İlham Əliyev Zəfərdən sonra da Sülhün əldə olunması işində əlindən gələni əsirgəmir. İlham Əliyevin Sülhə verdiyi töhfələr Nobel Sülh mükafatının fövqündə dayanır.
Azərbaycan Prezidentinin ideya müəllifi olduğu Azərbaycanda keçirilən 6 Beynəlxalq Humanitar Forumda və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Parçalanmış dünyanın bərpası” mövzusunda XI Qlobal Bakı Forumunda dünyanın tanınmış simları bir araya gətirilib. Belə tədbirlərdə 10 -larla nobelçi və dövlət başçıları iştirak edib. Bütün bu tədbirləri Davos Dünya İqtisadi Forumu, Münxen Təhlükəsizlik Konfransı ilə müqayisə etmək olar. İlham Əliyev qədər heç bir dövlət başçısı Bəşəriyyətin gələcəyinə və dünyada ədalətli sülhün bərqərar olunmasına töhfələr verməyib.
Dünyanı ağuşuna bürüyən terror aktlarının kökünü kəsmək hər bir liderə nəsib olmur. İlham Əliyevin müdrik siyasəti nəticəsində keçirilən rasional antiterror əməliyyatı insanların bu vəhşi aktdan qorxusunu azaltdı.
İlham Əliyevi Bəşəriyətin iqlim dəyişiklikləri kimi təhlükələrlə üzləşməsi də düşündürür. Və bu məqsədlə COP29 Konfransının Azərbaycanda keçirilməsi yeni optizmə yol acır. Ekoloji hərakat və iqlim dəyişikliklərinə verilən töhfələrə görə 6 nəfər Sülh üzrə Nobelə layiq görülüb. Bütün bu fəaliyyətləri analiz etdikdə görürük ki, son 30 ildə Sülh üzrə Nobel mükafatçılarının heç biri İlham Əliyev qədər praqmatik olmayıb. Bu mənada namizədlik irəli sürənlərin əlində kifayət qədər əsaslar var və onları bu işə qoşulmağa çağırıram. İlham Əliyevə Sülh üzrə Nobel mükafatının verilməsi həm də Nobel Sülh Komitəsinin nüfuzunu yüksəldə bilər.











