İlham Məmmədov seçicilərlə görüşdü
Milli Məclisin deputatı İlham Məmmədov 2024-cü ilin oktyabr ayı üçün vətəndaş qəbulu cədvəlinə uyğun olaraq növbəti dəfə YAP Yevlax rayon təşkilatının inzibati binasında seçicilərlə görüş keçirib.
XALQ.AZ məlumat verir ki, Milli Məclisin deputatı vətəndaşları fərdi qaydada qəbul edərək müraciət və təkliflərini dinləyib,onların problemləri ilə maraqlanıb.
Vətəndaşların müxtəlif mövzulardakı müraciətləri məsul şəxslərlə araşdırılaraq həlli ilə bağlı müvafiq tədbirlər həyata keçirilib.Həlli vaxt tələb edən bir sıra digər məsələlərin icrası üçün müraciətlər aidiyyəti təşkilatlar tərəfindən nəzarətə götürülüb. Eyni zamanda İlham Məmmədov müraciətlərlə bağlı deputat sorğularının göndəriləcəyini, vətəndaşların problemlərinin həlli üçün aidiyyatı orqanlar qarşısında məsələlərin qaldırılacağını vurğulayıb.
Qəbulda iştirak edən vətəndaşlar ölkəmizdə həyata keçirilən islahatlara, əhalinin sosial rifah halının yüksəldilməsinə göstərilən diqqət və qayğıya görə Ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezident, Yeni Azərbaycan Partiyasının Sədr müavini hörmətli Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

















