media-ilham

Xəbər verdiyimiz kimi “Azərinstiliktəchizat” ASC-nin  sədri yeni avtomobil üçün tender elan etmişdi.

Məlumata görə keçiriləcək  tenderin nəticəsi açıqlanıb.

XALQ xəbər verir ki, məlum olub ki, Anti İnhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi qurumun keçirdiyi müsabiqənin nəticəsini ləğv edib.

Bildirilir ki, müsabiqə xidməti minik avtomobilinin alınması üçün keçirilirmiş. Dəyəri 100 min 100 manat olan həmin avtomobilin sayı 1 ədəd olmalıymış. Lakin Dövlət Agentliyi tenderin düzgün keçirilmədiyi, qanunların pozulması ilə yanaşı, belə bahalı maşı üçün bu qədər pul xərcləməyi də məqsədəmüvafiq görməyib.

media-ilham

Qeyd edək ki, “Azəristiliktəchizat” ASC-nin sədri İlham Ata oğlu Mirzəliyevdir.

Görünür, İlham Mirzəliyev köhnə müdirin maşınını bəyənməyib. Elə ona görə də, daha komfortlu bahalı maşın sifariş edib.Tribunainfo.az

Qarşı tərəfi dinləməyə hazırıq.

 


media-728x90banner

Bənzər xəbərlər