İlham Pirməmədov qardaşı oğlu FHN-nin əməkdaşı olmuş Anar nazir Kəmaləddin Heydərovun adında necə manipuliyasiya edir? -Video
XALQ-ın xəbərinə görə, model və bloqer Çelsi Baxşiyeva keçmiş sevgilisi bu barədə yayılmış xəbərə reaksiya verərək, bunu Anar Pirməmmədovun yeni şousu adlandırıb.

Onun sözlərinə görə, Fövqəladə Hallar Nazirliyində (FHN) Ərizələrin və şikayətlərin qəbulu şöbəsinin müdiri olmuş polkovnik-leytenant Anar Pirməmmədov işinə bərpa edilməyib. “Anar Pirməmmədov Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun adından guya işə bərpa olunması ilə bağlı yalan məlumatlar paylaşdırır. Bu adam anlamır ki, o boyda nazir Anar kimi birini işə bərpa etməz və bu, mümkün deyil”, – Çelsi Baxşiyeva bildiorib. Məlumat üçün bildirək ki, Çelsi Baxşıyeva Anar Pirməmmədovla sevgi münasibəti yaşadığını, sonradan onun evli və iki övlad atası olduğunu öyrəndiyini bildirib. Bloqer bununla bağlı silsilə videolar paylaşaraq Pirməmmədovlar ailəsi tərəfindən təhdid olunduğunu iddia edib. Xatırladaq ki, Anar Pirməmmədov Təhsil Nazirliyinin sabiq Aparat rəhbəri İlham Pirməmmədovun qardaşı oğludur. Sabiq aparat rəhbəri qardaşı oğlu ilə bağlı açıqlama verərək onun çətin vəziyyətə düşdüyünü və ölkədə biabır olduğunu demişdi.










