İlhamə Abdullayeva şagirdlərdən pul qazanmaq ideyası: Yeni biznesini necə inkişaf etdirir…
Xəbər verdiyimiz kimi, yeni tədris ili iki günündə belə artıq bir sıra məktəblərdə narazılıqlar özünü göstərir.
Daxil olan şikayət Xırdalan şəhərində yerləşən 7 saylı tam orta məktəbdəndir. Belə ki, 15 sentyabr “Bilik günü”də belə valideynlərdən pul yığılıb. Adınıda qoyublar şəkil çəkdirmək. Belə ki, Bilik Günü ilə bağlı tədbirdə şagirdlərin şəkilləri çəkilib və 7 saylı məktəbin direktor əvəzi Yeganə Paşayeva sinif rəhbərləri vasitəsilə valideynlərə bildirib ki, hər biri dörd şəkil almalıdır. alideynlər də bu vəziyyətdən narazı qalıb, bəziləri məktəbə gedərək etirazını bildirib. Onlar qeyd edirlər ki, şəkilləri almağa maddi imkanları yoxdur. Bir valideynin sözlərinə görə, uşağın məktəb ləvazimatları xərclərini çətinliklə qarşılayıb, indi də şəkil almağa məcbur edilir və buna imkanı yoxdur.Məsələ ilə bağlı məktəbdə direktor vəzifəsini müvəqqəti icra edən Yeganə Paşayeva açıqlamasında bildirib ki, valideynlərin şəkil almağa məcbur edildiyi barədə iddialaryanlışdır bu məsələ könüllüdür.
XALQ-a müraciət edən valideynlər direktor vəzifəsini müvəqqəti icra edən Yeganə Paşayevanın münasibətini ifşa ediblər.
Onlar bildirib ki, xeyr qətiyyən belə olmayıb şəkil almaq məcburi olub.
Hal-hazırda isə yuxarı siniflərdə təhsil alan şagirdlər üçün (vinetka üçün) 90 manat pul yığılır. Hətta 7 saylı məktəbin direktor əvəzi Yeganə Paşayeva bildirib ki, bu Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayevanın göstərişi ilə həyata keçirilir.
Valideynlər narazılıqla bildirirlər ki, vinetka ödənişi məcburidir yoxsa uşaq buraxılış siniflər olduğuna görə incidilir. Müəyyən problemlər yaradılır tədris zamanı, dərslərdə digər şagirdlərin qarşısında vinetka ödənişini etməyən şagird attestatında yaxşı qiymət gözləməsin deyə bildirilir.
Bu məsələ ilə bağlı Abşeron-Xızı Regional Təhsil İdarəsindən münasibət öyrənə bilmədik.
Məsələ ilə bağlı pul köçürmələri bir hissəsini təqdim edirik:
Yazıda adları keçənlərin fikirlərini dərc etməyə hazırıq.