media-84

Salyan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi yanacaq tədarükü üçün “Azpetrol”u seçib

Salyan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi həyata keçirdiyi yanacaq satınalmasına yekun vurub.

32gun.az xəbər verir ki, tenderin nəticələrinə əsasən, ölkənin iri yanacaqdoldurma şəbəkələrindən biri olan “AZPETROL LTD” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə satınalma müqaviləsi imzalanıb.

Tərəflər arasında bağlanan müqavilənin ümumi məbləği 85.000 AZN təşkil edir.

Eyni zamanda, qurumun qaz haqqının ödənilməsi  ilə bağlı “Azəriqaz” İstehsalat Birliyi ilə 10.000 AZN dəyərində ödəniş razılaşması əldə edilib.

Ümumilikdə 95 min manatlıq dövlət vəsaitinin xərclənməsini nəzərdə tutan bu müqavilələrdə yanacaq alışının aslan payını təşkil etməsi diqqət çəkir. Rayonun su və meliorasiya sistemlərinin istismarı üçün bu növ enerji resursları zəruri hesab edilsə də, bir qayda olaraq satınalmaların rəqabətli tender mühitindən daha çox birbaşa müqavilələr üzərindən rəsmiləşdirilməsi idarənin təchizat siyasətində alternativ seçim imkanlarını məhdudlaşdırır. Hazırda hər iki müqavilə üzrə xidmətlərin icrasına start verilib.

Xatırladaq ki, İlkin Əzizov 2025-ci ilin aprel ayında Salyan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin rəisi vəzifəsinə təyin olunub.

Salyan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi birbaşa olaraq Zaur Mikayılovun direktor olduğu  Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) nəzdində fəaliyyət göstərən Regional Su Meliorasiya Xidməti Publik Hüquqi Şəxsinə tabedir.


media-728x90banner

Bənzər xəbərlər