media-40
Gürdəh kəndində vətəndaşlarla səyyar qəbul keçirilib
24 iyun 2025-ci il tarixdə Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov Rük kənd inzibati ərazi dairəsinin Gürdəh kəndində vətəndaşların səyyar qəbulunu keçirib. Qəbulada Quba rayon prokuroru, Dövlət Təhlükəsizliyi Xidmətinin Quba rayon şöbəsinin rəisi, Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri, rayonun bütün idarə, müəssisə və təşkilatlarının rəhbərləri iştirak edib.
Səyyar qəbul zamanı Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə sosial-iqtisadi sahədə qazanılan uğurlar, eləcə də rayonumuzda aparılan abadlıq işləri və əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlər barədə kənd sakinləri ətraflı məlumatlandırılmış, vətəndaşlar tərəfindən qaldırılan məsələlərin həlli məqsədilə aidiyyəti şəxslərə yerindəcə lazımi tapşırıqlar verilmişdir.
Kənd sakinləri əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqətə və qayğıya görə möhtərəm Prezidentimiz cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildirmişlər.
Qəbuldan əvvəl Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov aidiyyəti şəxslərlə birlikdə Gürdəh kənd ibtidai məktəbinin qarşısında qoyulmuş 44 günlük Vətən müharibəsində şəhid olmuş Həbibov Murad Asəf oğlunun xatirə guşəsinin qarşısına gül dəstələri qoymuşlar.
media-33 media-34 media-35 media-36 media-37 media-38 media-39 media-40

media-728x90banner

Bənzər xəbərlər