media-04
Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov Digah kəndində səyyar vətəndaş qəbulu keçirib. Qəbulda kənd sakinlərinin sosial-məişət şəraitinin yaxşılaşdırılması, infrastruktur problemlərinin həlli, məşğulluq və digər yerli əhəmiyyətli məsələlərlə bağlı müraciətləri dinlənilib.
Vətəndaşların qaldırdığı problemlərin bir qismi yerindəcə həll olunub, digər məsələlərin həlli üçün aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib. Rayon rəhbəri sakinlərin müraciətlərinə həssas yanaşılmasının, onların qaldırdıqları məsələlərin operativ icrasının vacibliyini vurğulayıb.
Səyyar qəbul zamanı kəndin inkişafı ilə bağlı təkliflər müzakirə olunub, mövcud imkanlardan istifadə etməklə problemlərin həlli yolları araşdırılıb.
media-01 media-02 media-03 media-04 media-05 media-06 media-07

media-728x90banner

Bənzər xəbərlər