İnam Kərimov İlqar Hüseynova fəxri döş nişanı təqdim etdi
Ali Məhkəmənin İnzibati kollegiyasının hakimi İlqar Hüseynov təqaüdə göndərilib.
XALQ.AZ xəbər verir ki, bununla bağlı Ali Məhkəmədə tədbir keçirilib.
Ali Məhkəmənin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov İlqar Hüseynovun uzun illər məhkəmə sistemində çalışdığını, 2013-cü ildən isə Ali Məhkəmədə hakim kimi səmərəli fəaliyyət göstərdiyini diqqətə çatdırıb.
Sonda İlqar Hüseynova Məhkəmə-Hüquq Şurası adından fəxri döş nişanı təqdim olunub.