“Azərbaycan Respublikası yenicə qədəm qoyduğumuz 2026-cı ildə də aktivinə uğurlar yazacaq, bütün parametrlər üzrə inkişaf yolunu davam etdirəcək. Bu əminlik Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl münasibətilə Azərbaycan xalqına ünvanlandığı müraciətdə öz təsdiqini tapır”.

Bunu “Milli İnkişaf” ictimai birliyinin sədri Arzuman Muradlı dövlət başçısının 31 dekabrda Azərbaycan xalqına ünvanlandığı müraciətə diqqət çəkərkən səsləndirib. İctimai birlik sədri deyib ki, dövlət başçısının qeyd etdiyi kimi xarici borcun azalması, valyuta ehtiyatlarının artması və iqtisadi sabitliyin qorunması ölkənin güclənən iqtisadi potensialının göstəricisidir:

“2026-cı ilin dövlət büdcəsinin artması, alternativ enerji mənbələrindən istifadə imkanlarının genişlənməsi, yeni nəqliyyat və logistika imkanları, perspektivli nəqliyyat dəhlizləri və. s. cari ildə Azərbaycan iqtisadiyyatının inkişaf tempinin davam edəcəyini söyləməyə əsas verir”.

Arzuman Muradlı qeyd edib ki, iqtisadiyyatın artması öz növbəsində Qarabağa qayıdış prosesinin də sürətlənməsinə imkan yaracaq:

“Sürətli iqtisadi inkişaf azad edilmiş ərazilərdə aparılan bərpa və yenidənqurma işlərinin sürətlənməsinə təsirsiz ötüşməyəcək. Bölgədə yeni infrastrukturun yaradılması, istehsal və emal müəssisələrinin açılması “Böyük Qayıdış” proqramının uğurla və sürətlə icrasını yol açacaq. Bir sözlə 2026-cı il də başa vurduğumuz 2025-ci il kimi bütün parametrlər üzrə ölkəmiz üçün uğurlu olacaq”.


media-728x90banner

Bənzər xəbərlər