media-irr

Bazar günü İranın şimal-şərqindəki Məşhəd hava limanında yanacaq dolduran təyyarə vuruldu. Bu, keçən həftə İrana qarşı əməliyyat başlayandan bəri ən uzaqmənzilli hücumdur.

 XALQ xəbər verir ki, bu barədə İsrail ordusu məlumat yayıb.

“İsrail Hərbi Hava Qüvvələri İranın şərqindəki Məşhəd hava limanında, İsraildən təqribən 2300 kilometr aralıda yanacaq dolduran İran təyyarəsini vurub”, – deyə bildirilib.

Bundan öncə İsrail Məşhəd şəhərindəki “Şəhid Haşiminejad” hava limanını vurduğunu əks etdirən görüntü yayılmışdı.


media-728x90banner

Bənzər xəbərlər