media-irann

İran tərəfi bölgədə gərginliyin azaldılması ilə bağlı mövqeyini açıqlayıb.

XALQ  xəbər verir ki, İranın xarici işlər naziri Abbas Əraqçi yaydığı bəyanatda Pakistanın Baş naziri Şahbaz Şərif və feldmarşal Asim Munirə bölgədə müharibənin dayandırılması istiqamətində göstərdikləri səylərə görə təşəkkür edib.

Nazir qeyd edib ki, Şərifin çağırışı, həmçinin ABŞ tərəfindən irəli sürülən 15 bəndlik təklif və ABŞ Prezidentinin İranın 10 bəndlik planını danışıqlar üçün əsas kimi qəbul etməsi fonunda İran öz mövqeyini müəyyənləşdirib.

Onun sözlərinə görə, İranın Ali Milli Təhlükəsizlik Şurası adından bildirilir ki, ölkəyə qarşı hücumlar dayandırılacağı təqdirdə, İran Silahlı Qüvvələri də müdafiə əməliyyatlarını dayandıracaq.

Əlavə olunub ki, iki həftə ərzində texniki məhdudiyyətlər nəzərə alınmaqla və hərbi qurumlarla koordinasiya şəraitində Hörmüz boğazından təhlükəsiz keçidin təmin edilməsi mümkün olacaq.

Həmçinin İranın Ali Lideri Müctəba Xamenei Pakistanın irəli sürdüyü iki həftəlik atəşkəs təklifini təsdiqləyib.

Bu barədə “The New York Times” məlumat nəşri yayıb.

“İranın yeni Ali Lideri Ayətullah Müctəba Xamenei Çinin gərgin diplomatiyası və son anda təzyiqindən sonra Pakistanın 2 həftəlik atəşkəs təklifini təsdiqlədi”, – məlumatda deyilir.


media-728x90banner

Bənzər xəbərlər