İranda matəm elan edildi: 500 dən çöx öl*n var
İran hökuməti iğtişaşlarda həlak olanlar üçün üç günlük milli matəm elan edib.
XALQ xəbər verir ki, müvafiq bəyanat dövlət televiziyası və radiosu tərəfindən dərc edilib.
Bəyanatda həmçinin İran Prezidenti Məsud Pezeşkianın da anma mərasiminə qoşulacağı vurğulanır və ölkə vətəndaşları 12 yanvarda keçiriləcək milli yürüşdə iştirak etməyə çağırılır.
Qeyd edək ki,“Reuters” agentliyinə məlumat yayıb ki, İranda 490 etirazçı və 48 təhlükəsizlik qüvvəsinin öldüyü təsdiqlənib.
Bundan əlavə, iki həftə davam edən etirazlarda 10.600-dən çox insan həbs olunub.
Qeyd edilib ki, bu məlumat İran daxilində və xaricindəki fəalların məlumatlarına əsaslanır.










