İran bu ölkələrə çağırış etdi
İranın xarici işlər naziri Abbas Araqçii BRICS ölkələrini ABŞ-a qarşı birgə mübarizəyə çağırıb.
Diplomat deyib ki, təşkilat gələcəkdə “daha ədalətli, balanslı və humanist” qlobal nizamın əsas sütunlarından birinə çevrilə bilər.
İranın dövlət agentliyi IRNA-nın yaydığı məlumata görə, Əraqçi BRICS üzvlərinin bir çoxunun uzun illər müxtəlif formalarda ABŞ təzyiqləri ilə üzləşdiyini və buna qarşı mübarizə təcrübəsi qazandığını deyib.
Nazir vurğulayıb ki, artıq belə davranışların tarixin zibil qutusuna atılmalı olduğunu göstərmək üçün birlikdə çalışmağın vaxtıdır. ABŞ siyasətini sərt tənqid edən Əraqçi Israillə əməkdaşlıq edən ölkələrin İran İslam Respublikasına qarşı fəaliyyətlərinə görə cavab verəcəyini açıqlayıb.










