İrəvan Azərbaycanın tarixi torpağı olduğu subut olundu-Fotofakt
Zaman-zaman Azərbaycan tarixi torpaqları şəhərləri rayonları, bölgələri, rus imperiyasının qərarları ilə sovet ittifaqına daxil olan respublikalar arasında bölünüb. Bu faktlar alimlər,tarixi araşdırmaçılar tərəfindən subut olunub.
XALQ.AZ xəbər verir ki, VI çağırış Milli Məclisin deputatı Elnur Allahverdiyev sosial hesabında belə faktlarda bağlı paylaşım edim.
Aşağıda göstərilən fotolarda qədim İrəvanda şəhər şurasının binasında azərbaycan dilində yazının fotosu yayımlanıb. E.Allahverdiyevin araşdırmasını olduğu kimi təqdim edirik:
Diqqətinizə təqdim olunan fotoşəkil İrəvan Şəhər Şurasının binasındır. Foto 1930-cu illərə aiddir. Göründüyü kimi, şəhər soveti qurumunun adı üç dildə – rus, erməni və azərbaycan dillərində yazılıb. Beləliklə, sadə məntiqi nəticəyə gəlinir: o dövrdə şəhərdə kifayət qədər azərbaycanlı yaşayırdı, buna görə də 1918-1920-ci illərdə daşnak hökuməti tərəfindən azərbaycanlılaraq qarşı soyqırımı törədilməsinə baxmayaraq, inzibati mərkəzin adı da azərbaycanca göstərilmişdir. 1918-ci ilin mayında Azərbaycandan Ermənistana köçürülmüş İrəvanın yerli əhalisi.Şəhərdə azərbaycanlıların maddi mədəniyyət abidələrinə qarşı da vandalizm aktları törədilib… Əslində, əcdadlarımızın sistemli şəkildə tarixi vətənlərindən didərgin salınması prosesinə daha əvvəl başlanılıb. İrəvan qədim Azərbaycan şəhəridir. Biz orada əsrlər boyu yaşamışıq və İrəvanın bu gün silinməkdə olan tarixi görkəmi çoxəsrlik Azərbaycan memarlıq irsinin mövcudluğunu təsdiqləyir deyə qeyd edib.













