İrandan idxal olunan sarıkök məhsulunda uyğunsuzluq aşkarlanıb.

XALQ xəbər verir ki, bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.

Bildirilib ki, nəzarət tədbirləri çərçivəsində agentliyin əməkdaşları tərəfindən fiziki şəxs Cümşüd Vəliyevin İrandan idxal etdiyi, ümumi çəkisi 2 ton olan “Saibaba Agrilink Private Limited” əmtəə nişanlı üyüdülməmiş sarıkök məhsulu partiyasından nümunələr götürülüb. Müayinələr nəticəsində məhsul partiyasında bakteriya (Bacillus cereus) aşkarlanıb.

media-98989

Faktla bağlı qəbul edilmiş müvafiq qərar əsasında məhsul partiyası məhv edilib.


media-728x90banner

Bənzər xəbərlər