İranın İsrailə raket atması nəticəsində 2 azərbaycanlı – Amid Murtuzov və Rüstəm Qulamov həlak olub.

XALQ  xəbər verir ki, bu barədə “Times of İsrael” məlumat yayıb.

Bildirilib ki, onlar Təl-Əvivin Petah Tikva adlanan hissəsinə kasetli bombanın düşməsi nəticəsində həyatlarını itiriblər.

Qeyd edilib ki, hər iki şəxs tikinti sahəsində çalışırmış və işlədikləri yerdə həlak olublar.***

9 mart tarixində İsrail ərazisinə həyata keçirilmiş raket hücumu nəticəsində həlak olmuş Murtuzov Amid Əligüllah oğlu Azərbaycan və İsrail vətəndaşıdır.

Azərbaycanın İsraildəki səfirliyinə istinadən xəbərməlumatına görə  hadisə Yehud şəhəri ərazisində, tikinti sahəsində baş verib.

Amid Murtuzov İsrailin Petax Tikva şəhər sakini olub, ailəsi ilə birgə uzun illər əvvəl İsrailə miqrasiya edib və uzun müddətdir İsraildə yaşayıb.

“Mərhumun ailəsinə və doğmalarına səbir diləyir, başsağlığı veririk. Allah rəhmət eləsin!”, – məlumatda qeyd olunub.

media-8


media-728x90banner

Bənzər xəbərlər