media-922
Bakıda fəaliyyət göstərən “İstanbul NS” klinikasının külli miqdarda vergi borcu yaranıb.
 XALQ  teleqraf-a istinadən xəbər verir ki, hazırda klinikanın dövlətə 77 750 manat vergi borcu var.
Sözügedən klinika daha öncə İnzibati Xətallar Məcəlləsinin tələblərini pozduğuna görə məhkəməlik olub. Belə ki, klinika barədə ali və ya orta ixtisas tibb təhsili olmayan, habelə qanunda nəzərdə tutulmuş sertifikasiya şəhadətnaməsi olmayan və ya qüvvədə olmayan şəxslərin praktiki tibb və əczaçılıq fəaliyyətinə buraxılmasına dair iddia qaldırılıb.
Qeyd edək ki, “İstanbul NS” klinikasının qanuni təmsilçisi Nəsirov Azər Qənbər Oğludur.

media-728x90banner

Bənzər xəbərlər