İxtisas seçiminin avqustun 10-dan sonra başlanılması planlaşdırılır
Ali təhsil müəssisələrinə ixtisas seçiminin avqustun 10-dan sonra başlanılması planlaşdırılır.
Xalq xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin aparat rəhbəri Vəfadar Misirov jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, yaxın üç gün ərzində imtahanlar bağlı apellyasiya müraciətləri qəbul ediləcək:
“Daha sonra müraciətlər emal olunacaq. Paralel olaraq qabiliyyət imtahanları davam edəcək. Əksər qabiliyyət imtahanları yaxın üç gündə yekunlaşacaq. Lakin idman istiqaməti üzrə qabiliyyət imtahanları avqustun 7-dək davam edəcək və həmin tarixdə tam başa çatacaq. Bundan sonra əsas mərhələ olan ixtisas seçimi prosesi başlayacaq”.
DİM rəsmisi əlavə edib ki, müsabiqə vəziyyətini düzgün qiymətləndirmək üçün ilk növbədə bal paylanması haqqında məlumatın olması vacibdir:










