media-44
Deputat həmkarlarımızla birlikdə autizmli və daun sindromlu gənclərin çalışdığı müəssisədə – Kaşalata kafesində olduq.
  Milli Məclisin deputatı  Jalə Əliyeva sosial hesabında yazıb.
Millət vəkili qeyd edib ki, bu, ölkəmizdə ilk və yeganə inklüziv müəssisədir. Onu unikal məkana çevirən burada müştərilərə nümunəvi xidmət göstərən autizmli və daun sindromlu gənclərdir. Bu gənclər gülərüz xidmətləri və əzmkar işləri ilə fərqliliyin çatışmazlıq deyil, sadəcə fərqlilik olduğunu göstərirlər deya qeyd edib.
Kafe 1 oktyabr 2024-cü il tarixində Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyi, nazirliyin nəzdində fəaliyyət göstərən Məşğulluq agentliyi, KOBİA, SOCAR, Pasha Holding, Trendyol şirkətinin tərəfdaşlığı və dəstəyi, həmçinin bir çox böyük və kiçik qurumların verdiyi töhfə ilə açılmışdır.
Öıkənin birinci xanımı, birinci vitse Prezident xanım Mehriban Əliyeva müəssisəni və burada çalışan gəncləri dəfələrlə ziyarət etmişdir.
Müəssisəyə Kaşalata adının verilməsi də elə autizmli gənclərdən birinin uşaqlıq əhvalatı ilə bağlıdır. Belə ki, autizmli gənc Həmzə Eynallı erkən yaşlarda xüsusi təhsil aldığı vaxtlarda “kaşık” və “salata” sözlərini birləşdirərək bütün yeməklərə “kaşalata” deyərmiş. Bu söz 2017-ci ildə Birgə və Sağlam ictimai birliyinin təsisçisi Aytən Eynalovanın təşəbbüsü ilə inklüziv kafe indeyasının yaranmasına səbəb olub. Kafenin həmtəsisçisi Natəvan Məmmədovadır
Birgə və Sağlam ictimai birliyinin əsas fəaliyyət istiqaməti neyromüxtəlifliyi olan, eyni zamanda autizmli şəxslər və onların ailələrinə dəstək olmaq və ölkədə inklüzivliklə, autizmlə bağlı maarifləndirmə işləri aparmaqdır.
Həmin gün çox təsirli anlar yaşadıq. Burada çalışan daun və autizm sindromlu gənclərlə yaxından tanış olduq. Onların iş qabiliyəti ilə birlikdə, incəsənət istefadlarına şahid olduq. Belə ki, Əlisahib professional pianoçudur, İlyas çox gözəl şeirlər söyləyir. Kənan pianoda çalır, həm də ifa edir. Elmar isə həm işini məharətlə görür, həm də dostlarına dəstək olur.
Ən əsası isə daim daha çox diqqətə ehtiyacı olan bu qəbildən uşaqların və gənclərin cəmiyyətin dəyərli bir parçası olduqlarını hiss etmələridir.
media-44 media-46 media-47 media-48 media-46 media-45

media-728x90banner

Bənzər xəbərlər