media-16
Millət vəkili, Milli Məclisin Ailə, qadın, uşaq məsələləri komitəsinin sədr müavini Jalə Əliyeva 6 fevral tarixində Kürdəmir rayonunun Muradxanlı, Sor-Sor və Çöl Ərəb kəndlərindən olan seçicilərini qəbul edib.
XALQ.AZ  məlumat verir ki,qəbuldan öncə, ölkədə gedən böyük quruculuq işləri, Böyük Zəfərimiz haqqında danışan millət vəkili, Qarabağımızın yenidən dirçəldilməsi, bütün suveren ərazilərimizin ən qısa zamanda dünya standartları çərçivəsində bərpa edilməsi, böyük Qayıdış proqramının həyata keçirilməsi istiqamətində atılan böyük addımlardan, həyata keçirilən nəhəng layihələrdən söz açıb. Eyni zamanda, sadəcə Qarabağda deyil, həm də bütün şəhər və kəndlərimizdə köklü dəyişikliklərin getdiyini, kənd ilə şəbər arasındakı fərqin tamamilə aradan qalxdığını ifadə edib. Kürdəmir rayonunun da əksər kəndlərindı qaz, su, işıq xətləri yenilənib, yeni yollar, məktəblər, bağçalar, tibb müəssisələri, inzibati binalar, turizm obyektləri inşa edilib. Quruculuq işlərinin davam etdirildiyini bildirən millət vəkili, vətəndaşlardan daxil olan müraciət, xahiş və təkliflərə hər zaman həssaslıqla yanaşıldığını, həllinə ehtiyac olan məsələlərlə bağlı müvafiq icra orqanları qarşısında məsələlərin qaldırıldığını və müsbət həllinə nail olmaq üçün hər zaman çalışıldığını bildirib.
Sonra qəbul iştirakçılarının müraciətləri səsləndirilib. Qəbula gələnlər ölkədə və eyni zamanda Kürdəmir rayonunda gedən quruculuq, iqtisadiyyatın dirçəldilməsi İşləri üçün ölkə Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər. Əsasən kəndarası yolların tikintisi və təmiri, örüş torpaqlarının öz təyinatı üzrə istifadəsi, su kollektorlarının təmiri, bəzi kəndlərdə vaxtı ötmüş elektrik dirəklərinin və transformatorların yenisi ilə əvəzlənməsi və s. məsələlərlə bağlı xahiş və təkliflər millət vəkilinin diqqətinə çatdırılıb, həllinə qanunverici orqan olaraq köməklik göstərilməsi xahiş edilib.
Millət vəkili Jalə Əliyeva, sakinlərin müraciətlərini əlaqədar qurumların rəhbərliyinə çatdırılması və mövcud imkanlar, qanunvericiliyin tələbləri doğrultusunda müsbət həllinə nail olunması üçün çalışacağını, səylərini ədirgəməyəcəyini bildirib. Qəbul səmimi, anlayışlı bir ortamda keçib.
media-1 media-2 media-3 media-4 media-5 media-6 media-7 media-8 media-9 media-10 media-11 media-12 media-13 media-14 media-15 media-16 media-17 media-18 media-19

media-728x90banner

Bənzər xəbərlər