Millət vəkili, Milli Məclisin Ailə, qadın, uşaq məsələləri komitəsinin sədr müavini Jalə Əliyeva Kürdəmir rayon İcra Başçısı Elxan İbrahimov ilə birlikdə rayonunun Carlı və Quşçular kəndlərinin sakinlərinin səyyar qəbulunu keçiriblər.
XALQ.AZ xəbər verir ki,qəbulda ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə əldə etdiyimiz uğurlardan, ötən ay evsahibliyi etdiyimiz COP 29-un ölkəmiz üçün daşıdığı əhəmiyyətdən, işğaldan azad etdiyimiz torpaqlarımızda – Qarabağda və bütünlükdə ölkədə gedən böyük quruculuq işlərindən, insanlarımızın rifah halının daha da yüksəlməsi naminə həyata keçirilən layihələrdən ətraflı bəhs edilib.
Sonra seçicilərin istək və təklifləri, onları narahat edən həllivacib məsələlər dinlənilib. Rayonun hüquq-mühafizə orqanlarının, müxtəlif təsərrüfat qurumlarının rəhbərlərinin də iştirakı ilə keçirilən qəbulda qaldırılan məsələlərdən bir qismi yerindəcə həllini tapıb. Görüşdə toxunulan respublika miqyaslı digər məsələlər haqqında isə mərkəzi təşkilatlara müraciət ediləcəyi bildirilib.
Səmimi, qarşılıqlı anlayış ortamında keçən qəbulun iştirakçısı olan Kürdəmir rayonunun Carlı və Quşçular kəndlərinin sakinləri Prezident İlham Əliyev tərəfindən həyata keçirilən dövlət siyasətinə görə təşəkkür ediblər.
****
Millət vəkili, Milli Məclisin Ailə, qadın, uşaq məsələləri komitəsinin sədr müavini Jalə Əliyeva bu gün Ucar rayonunun Lək kəndində seçicilərini qəbul edib. Qəbulda
Prezident İlham Əliyevin müəllifliyi və rəhbərliyi ilə Azərbaycanın əldə etdiyi uğurlardan, o cümlədən suveren ölkəmizin bütün ərazilərində gedən böyük quruculuq işlərindən, insan amilinə söykənən sosial layihələrdən geniş bəhs edilib.
Sonra seçicilərin istək və təklifləri, onları narahat edən həllivacib məsələlər dinlənilib. Görüşdə qaldırılan məsələlərdən bir qismi – kəndin elektrik naqillərinin və dirəklərin dəyişdirilməsi, içməli və təsərrüfat xarakterli su təminatının yaxşılaşdırılması, kəndarası yolların cari təmiri və s. məsələlərlə bağlı yerli icra orqanları ilə əlaqə saxlanılıb. Qəbulda qaldırılan digər məsələlərlə bağlı mərkəzi təşkilatlara müraciət ediləcəyi bildirilib.
Qəbul iştirakçıları böyük diqqət və qayğısına görə ölkə başçısı cənab İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.

media-728x90banner

Bənzər xəbərlər