media-08
Millət vəkili, Milli Məclisin Ailə,qadın,uşaq məsələləri komitəsinin sədr müavini Jalə Əliyeva Kürdəmir rayonunun Axtaçı, Axtaçı-Qarabucaq və Carlı-Quşlar kəndlərində seçicilərini növbəti dəfə qəbul edib. Carlı kəndində qəbul öncəsi şəhid Elnur İmamverdiyevin xatirə bulaq kompleksi ziyarət edilib, şəhidin ruhuna dualar oxunub, kompleksin önünə gül dəstəsi düzülüb.
Qəbullar sırasında seçiciləri qarşısında ölkədə gedən böyük quruculuq işləri, regionların sosial-iqtisadi inkişafı çərçivəsində həyata keçirilən uğurlu layihələr haqqında danışan millət vəkili, Kürdəmir rayonunda son zamanlarda ayrı-ayrı sahələr üzrə aparılan vərpa və tikinti işlərini sadalayıb.
Sonra sakinlər həllivacib bir neçə məsələni
deputatın diqqətinə çatdırıblar və Axtaçı, Axtaçı-Qarabucaq kəndlərində kəndarası yolların təmiri, Axtaçı-Qarabucaq kəndindən Qocalı kəndinə qədər yolun bəzi hissələrinə çınqıl verilməsi, yolun avtoqrederlə hamarlanması, kənddə tibb məntəqəsinin açılışı, Kür çayı üzərindən körpü tikintisinə köməklik göstərilməsi və s. məsələlərin həllində köməklik göstərməsini xahiş ediblər.
Carlı və Quşlar kəndlərinin sakinlərinin qəbulu zamanı isə Carlı kəndində qəzalı vəziyyətdə olan elektrik xətlərinin yenilənməsinin, Carlı kəndində tibb məntəqəsinin açılmasının, kəndin bir hissəsində həyətlərə qrunt sularının vurduğu ziyanın qarşısının alınması məqsədilə 1000 metr məsafədə şirəkeşin qazılmasının, mal-qaranın qısa yolla örüş yerinə aparılması məqsədilə kollektorun üzərindən körpü tikintisinin, Quşlar kəndində pay torpaqlarındakı əkin sahələrinə axan qrunt sularının məcrasının dəyişdirilməsinin və s. bu kimi məsələlərin vacibliyi deputatın diqqətinə çatdırılıb, köməklik göstərməsi xahiş edilib.
Görüşün sonunda Carlı kənd ziyalısı, şair Abduləziz Xanəhmədoğlu yeni yayınlanan “Özümdən xatirə”şeirlər kiitabını deputata hədiyə edib.
Qəbulların hər biri qarşılıqlı anlayşla, səmimi və mehriban bir ortamda keçib.
media-000 media-00 media-01 media-02 media-03 media-04 media-05 media-06 media-07 media-08 media-09 media-010

media-728x90banner

Bənzər xəbərlər