Jalə Əliyeva təkliflə çıxış etdi
Əmək qabiliyyətinin 81-100% pozulmasına görə pensiyasının vaxtından əvvəl təyin edilməsi ilə bağlı sual yaranır”.
XALQ.AZ xəbər verir ki, bunu deputat Jalə Əliyeva Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında “Əmək pensiyaları haqqında” Qanunun müzakirəsi zamanı bildirib.
“Bir anadangəlmə orqanizmin funksiyalarının 81-100% pozulması var, biri də var sonradan 81-100% əmək funsiyalarının itirilməsi. Bu, anadangəlmədirsə, zatən 1-ci qrup əlilliyə aiddir. 1-ci qrup əlillər də zatən işləmə imkanına sahib deyillər, işləmirlər.
Buradakı məsələ ziddiyyətlidir. Sonradan qazanılan, xəstəliklə bağlı olaraq 81-100% orqanizmin funksiyalarının itirilməsinə aiddirsə, bu məsələ aydındır. Yəni vətəndaş işləyib və öz pensiya fondunu yaradıb, sonra isə səhhəti ilə bağlı dövlət müəyyən güzəşt edib. Amma anadangəlmə 81-100% orqanizmin funksiyalarının itirənlər, heç bir zaman da işləməyən şəxslərə bu güzəştlər necə şamil edilir? Çünki onların pensiya fondu yoxdur”, – deyə deputat bildirib.