Jalə Əliyeva Ucarda və Zərdabda vətəndaşlarla görüş keçirib
Millət vəkili, Milli Məclisin Ailə, qadın, uşaq məsələləri komitəsinin sədr müavini Jalə Əliyeva Ucar rayonunun Lək kəndində deputatı olduğu Lək və Xələc kəndlərindən olan seçiciləri ilə növbəti qəbulunu keçirib. Millət vəkili ilk növbədə il ərzində ölkəmizdə bütün sahələrdə həyata keçirilən uğurlu dövlət siyasəti, əldə edilən nailiyyərlərdən danışıb, regionların inkişafı proqramları haqqında məlumat verib. Sonra hər iki kənddə görülən işlərdən söhbət açılıb, həllivacib məsələlər müzakirə edilib. Qəbul iştirakçıları Lək kəndinində kəndarası yolların əsaslı təmiri, internet xəttinin gücləndirilməsi, əsaslı təmir məqsədilə plana salınan Lək kənd Mədəniyyət Evində təmir-bərpa işlərinin ləngiməsi, Lək və Xələc kəndlərində elektrik xətlərinin, elektrik dirəklərinin və bəzi transformatorların yenilənməsi, hər iki kəndin əkinə yararlı torpaqlarının suvarılması, kollektorların təmizlənməsi, məşğulluq və s. ilə bağlı olaraq yaranan çətinliklərı bildiriblər. Qaldırılan məsələlərin bir qismi haqqında, qəbulun gedişatı sırasında əlaqədar yerli icra orqanları ilə əlaqə saxlanılıb, mövcud vəziyyət diqqətə çatdırılıb. Bəzi məsələlər yerindəcə həllini tapıb. Bildirilib ki ümumrespublika əhəmiyyətli məsələlələ bağlı Milli Məclisə yazılı ərizə daxil olduqdan sonra, həmin məsələlərin araşdırılması və həlli üçün mərkəzi icra orqanlarına müraciət ediləcək.
Qəbul qarşılıqlı anlayış və məmnunluq şəraitində keçib.
Həminin Milli Məclisin deputatı Jalə Əliyeva seçicilərilə birbaşa ünsiyyətdə olmaq, onların qayğı və ehtiyaclarını daha da dərindən öyrənmək üçün Zərdab şəhər Heydər Əliyev Mərkəzində növbəti dəfə səyyar görüş keçirib.
Görüşdə millət vəkili ona ünvanlanan sual və müraciətləri dinləyib, seçiciləri narahat edən məsələlər ətrafında fikir mübadiləsi aparıb.
Vətəndaşlar əsasən məişət problemləri, yaşadığı məhəllədə söhbətgahın quraşdırılması, işlə təminat, məişət və digər məsələlərlə bağlı millət vəkilinə müraciət ediblər. Görüş zamanı bir sıra məsələlər yerindəcə həll olunub. Eyni zamanda, qaldırılan bəzi məsələlər nəzarətə götürülüb, digərlərinin həlli istiqamətində isə müvafiq tövsiyələr verilib.
Deputat daxil olmuş müraciətlərə yüksək həssaslıqla yanaşılması barədə dövlət başçısının verdiyi tapşırıqlara uyğun olaraq, daxil olmuş vətəndaş müraciətlərinin tam və hərtərəfli araşdırılaraq, onların həlli istiqamətində qanunvericiliyin tələblərinə uyğun şəkildə addımların atılacağını seçicilərinin diqqətinə çatdırıb.
Jalə Əliyeva, həmçinin vətəndaşlara cənab Prezident İlham Əliyevin yürütdüyü uğurlu daxili və xarici siyasət, işğaldan azad edilmiş ərazilərimizin bərpası, ölkəmizdə həyata keçirilən islahatlar və xüsusilə vətəndaşlarımızın sosial təminatının yaxşılaşdırılması sahəsində ölkə başçısının imzaladığı fərman və sərəncamlar haqqında da geniş məlumat verib.
Qeyd edək ki, qəbulda deputatla birlikdə rayon icra hakimiyyəti başçısının müavini Xəyalə Veyisova və deputatın köməkçisi Firdovsi Eyvazov da iştirak edib.



























