media-jall
Xalqımızın əvəzsiz Xilaskarı, ölkəmizin yorulmaz Qurucusu, ordumuzun yenilməz Ali Baş Komandanı, müstəqil, suveren Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevi doğum günü münasibətilə təbrik edirik!
Azərbaycan dövlətçiliyinin müasir tarixində silinməz iz qoymuş, ölkəmizin siyasi, iqtisadi və diplomatik gücünün möhkəmlənməsində misilsiz rol oynamış Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin doğum günü ölkə ictimaiyyəti üçün əlamətdar bir gündür.
Cənab Prezidentin uzaqgörən və prinsipial rəhbərliyi altında Azərbaycan sabitlik, inkişaf və tərəqqi yolunda inamla irəliləyir. Onun rəhbərliyi ilə həyata keçirilən islahatlar, milli maraqlara əsaslanan xarici siyasət strategiyası, ərazi bütövlüyümüzün bərpası və suverenliyimizin tam təmin olunması dövlətçilik tariximizin qızıl səhifələrində yer almışdır.
Prezident İlham Əliyev öz fəaliyyəti ilə güclü dövlət, firavan cəmiyyət və müasir Azərbaycan modelini formalaşdırmış, xalq–iqtidar birliyinin möhkəmlənməsinə nail olmuşdur. Onun siyasi iradəsi, qətiyyəti və xalqına bağlılığı Azərbaycanı regionun lider dövlətinə çevirmişdir.
Bu əlamətdar gün münasibətilə cənab Prezidentə möhkəm cansağlığı, uzun ömür, ali dövləti fəaliyyətində yeni-yeni uğurlar, müstəqil Azərbaycanımızın daha da qüdrətlənməsi naminə yorulmaz fəaliyyət arzulayırıq.
Doğum gününüz mübarək, cənab Prezident!
Jalə Əliyeva
Millət vəkili 

media-728x90banner

Bənzər xəbərlər