media-42

Millət vəkili, Milli Məclisin Ailə, Qadın, Uşaq məsələləri Komitəsinin sədr müavini Jalə Əliyeva Zərdaba növbəti səfəri çərçivəsində rayonun Əlvənd  kəndində səyyar qəbul keçirib.

Jalə Əliyeva ilk öncə Azərbaycan respublikasının suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin abidəsi önünə gül dəstələri düzülərək xatirəsinə ehtiramlarını bildirib.Qəbulda  ağsaqqallar,  ziyalılar, fərdi təsərrüfatçılar, müəllimlər və s. iştirak etmişdir. Qəbul sırasında kənd ağsaqqalları Jalə Əliyevaya kənd sakinləri ilə görüşə gələrək, onların problemləriylə yaxından maraqlandığına görə təşəkkürlərini bildiriblər.

XALQ  xəbər verir ki, görüşdə seçicilərin müraciətləri dinlənilib, qaldırılan məsələlərin bir qismi qanunvericiliyin tələblərinə müvafiq olaraq yerindəcə həllini tapıb, digərləri isə aidiyyəti qurumlara yönləndirilib.

Səmimi keçən görüşdə sonda  kənd sakinləri Millət vəkili ilə xatirə şəkili çəkdiriblər.

media-33 media-34 media-35 media-36 media-36 media-37 media-38 media-38 media-39 media-40 media-41 media-42

*****

 

Şəhid mayor Rəhim Hüseynovun doğum günü qeyd olunub.
Şəhidimizin doğum günü münasibətilə Millət vəkili Jalə Əliyeva, Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Ramo Hacıyev ,YAP Zərdab rayon təşkilatının sədr müavini Ələkbər Kərimov , icra Aparatının məsul şəxsləri, Zərdab Gənclər İdman Sektorunun müdiri Əvəz Soltanov , idarə və təşkilatların rəhbərləri, şəhidlərin xatirə abidəsinin önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.
Anım mərasimində Millət vəkili Jalə Əliyeva çıxış edərək şəhidimizin keçdiyi şərəfli yoldan bəhs edib.
Ölkə başçısının şəhid və qazı ailələrinə xüsusi diqqət və qayğısından söz açıb.
Şəhidin atası onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyev cənablarına, Rayon İcra Hakimiyyətinin başçısına, Millət vəkilinə təşəkkür edib.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
media-54 media-55 media-57

media-728x90banner

Bənzər xəbərlər