media-75

95 saylı Zərdab-Ucar-Kürdəmir seçki dairəsi millət vəkili, professor Jalə Əliyeva Zərdab rayonu Heydər Əliyev Mərkəzində seçicilərinin qəbulunu keçirib.

 XALQ xəbər verir ki, qəbula 25-dən artıq vətəndaş qatılıb.

Seçicilər millət vəkili ilə görüşdə Prezident İlham Əliyevin vətəndaşlara göstərdiyi yüksək diqqət və qayğıdan razılıq edərək, ölkədə gedən böyük abadlıq və quruculuq işlərindən məmnunluqlarını ifadə ediblər. Onlar hər zaman ölkə başçısının siyasətini dəstəklədiklərini, bundan sonra da daima dövlətçilik maraqlarından çıxış edəcəklərini bildiriblər.

Seçicilər eyni zamanda onları narahat edən müxtəlif məsələlərlə bağlı müraciətlərini səsləndiriblər. Vətəndaşlar deputatdan əsasən müavinətlərin verilməsi, əlillik dərəcələrinin müəyyən edilməsi, kənd yollarının təmiri, yeni məbktəb binasının tikintisi, müalicə və təhsillə bağlı məsələlərlə bağlı köməklik göstərməsini xahiş ediblər.

Deputat Jalə Əliyeva müraciətlərin bir qismi ilə bağlı müvafiq qurumlarla yerindəcə əlaqə saxlayaraq, müsbət həllinə nail olub. Digər müraciətlər isə millət vəkili tərəfindən nəzarətə götürülüb.
Qeyd edək ki, qəbulda deputatla birlikdə Rayon İcra Hakimiyyətinin məsul şəxsləri Zinhar Bayramov və Murad Həsənov iştirak ediblər.
media-77 media-78 media-76 media-75 media-74 media-71   media-707 media-708 media-709
media-70

media-728x90banner

Bənzər xəbərlər