Jalə Əliyeva Zərdabda şəhid ailəsini ziyarət edib, vətənaşlarla görüş keçirib
Millət vəkili, Milli Məclisin Ailə, qadın, uşaq məsələləri komitəsinin sədr müavini Jalə Əliyeva Zərdab rayonunun Hüseynxanlı və Xanməmmədli kəndlərində növbəti səyyar qəbulunu keçirib.
XALQ xəbər verir ki,əvvəlcə Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə, xüsusilə işğaldan azad etdiyimiz torpaqlarda aparılan nəhəng quruculuq işləri, həyata keçirilən uğurlu daxili və xarici siyasət, hazırlanan sosial-iqtisadi proqramlar, əldə edilən nailiyətlər haqqında qəbul iştirakçılarına deputat tərəfindən ətraflı məlumat verilib.
Sonra millət vəkili Jalə Əliyeva Zərdab rayonunda son dövrlərdə icra edilən dövlət layihələrindən söhbət açıb. Rayonun, o cümlədən Hüseynxanlı və Xanməmmədli kəndlərinin qaz, su, işıqla tam təmin olunduğu, Prezident İlham Əliyevin sərəncamıyla hər iki kəndi Zərdab-Ağcabədi magistral avtomobil yoluna birləşdirən hissənin əsaslı təmiri üçün vəsait ayrıldığı diqqətə çatdırılıb, görülən işlər üçün ölkə rəhbərinə minnətdarlıq ifadə edilib.
Qəbula gələnlər Hüseynxanlı kənd natamam orta məktəbinə 11 illik məktəb statusunun verilməsi məsələsini əlaqədar qurumların diqqətinə çatdırması, məhsuldarlığı artırmaq məqsədilə suvarma kollektorlarının təmizlənməsi, şəhid ailələri üçün fərdi evlərin inşa edilməsi işinin sürətləndirilməsi işlərində köməklik göstərməsini deputatdan xahiş ediblər.


























