media-59
Deputat Jalə Əliyeva Zərdab rayonunda səyyar qəbul keçirib.
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin yerlərdə vətəndaş müraciətlərinə obyektiv və operativ baxılması, vətəndaş məmnunluğunun təmin edilməsi ilə bağlı müvafiq Sərəncam və tapşırıqlarına uyğun olaraq, həmçinin bu istiqamətdə dövlət siyasətini əsas tutaraq, yerlərdə vətəndaşların səyyar qəbulları həyata keçirilir. Səyyar qəbullar əhalini narahat edən problemlərin yerlərdə birbaşa həlli və sosial əhəmiyyətli sifarişlərin müəyyən edilməsi məqsədilə keçirilir. Görüşdə millət vəkili Jalə Əliyeva vətəndaşları fərdi və kollektiv formada dinləyib, müxtəlif mövzularda onları narahat edən problemləri qeydiyyata götürüb. Qeyd edək ki, görüşdə seçici müraciətlərində əksini tapan bəzi məsələlər yerində həll edilib. Digər bir qismi araşdırılması üçün aidiyyəti orqanlara sorğular göndərilib. Qəbula gələnlər xoş münasibət üçün və problemlərinin həllində onlara göstərilən diqqət və qayğı üçün, ölkə prezidenti cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər.
  media-55 media-54 media-56 media-57 media-58 media-59

media-728x90banner

Bənzər xəbərlər