Kadırovun oğlu qəza keçirdi öl*n var
Çeçenistan rəhbəri Ramzan Kadırovun oğlu Adəm Kadırovun olduğu kortej Qroznıda qəzaya uğrayıb.
XALQ xəbər verir ki, bu barədə teleqram kanallarında məlumat yayılıb.
Bildirilib ki, hadisə nəticəsində yaralanan Adəm Kadırov ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Qeyd edilib ki, o, hazırda reanimasiyadadır və Moskva şəhərinə təxliyə üçün hazırlanır.
Qəzada Həmin məlumatlarda qəza anında Adam Kadırovun yanında olan UFC döyüşçüsü Xamzat Çimayevin həlak olduğu iddia edilib.
İnternetdə yayılan məlumatlara görə, Adəm Kadırovun korteji yüksək sürətlə hərəkət edib. Qarşıdakı maşın qəfildən maneə ilə qarşılaşıb və avtomobillər bir-birinə çırpılmağa başlayıb.











