Binəqədi rayonu Gülüstan küçəsi, döngə 15 ünvanının sakinləri kanalizasiya problemindən şikayətçidirlər.

XALQ.AZ-ın xəbərinə görə, sakinlər bildirirlər ki, illərdir burda yaşayış olsa da mərkəzləşdirilmiş kanalizasiya xətti çəkilməyib. Mövcud kanalzisaiya xəttini isə sakinlər öz hesablarına çəkiblər. İndi o kanalizasiya xətti axıdılan çökəklik dolub, nəticədə belə vəziyyət yaranıb.

Yüzlərlə evin eyni problemdən əizyyət çəkdiyi bildirildi.

Sakinlər məsələ ilə bağlı aidiyyəti qurumlara dəfələrlə müraciət etdiklərini, lakin nəticəsinin olmadığını bildirirlər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətaraflı videomaterialı təqdim edir.

 


media-728x90banner

Bənzər xəbərlər