media-kart

Bankomatdan istifadə zamanı kartın cihaz tərəfindən udulması ən çox rast gəlinən problemlərdən biridir. Mütəxəssislər belə hallarda vətəndaşların panikaya düşməməli olduğunu bildirirlər.

Texniki nasazlıq və ya şifrənin bir neçə dəfə səhv daxil edilməsi səbəbindən kart cihazda qala bilər. Bu zaman ATM-yə fiziki müdaxilə etmək qətiyyən olmaz.

Mütəxəssislər xəbərdarlıq edir ki, kartı açar, maqqaş və ya başqa əşyalarla çıxarmağa çalışmaq həm karta, həm də bankomata ciddi zərər verə bilər.

Kart cihazda qaldıqda ilk addım ATM-nin qarşısından uzaqlaşmamaqdır. Bir neçə dəqiqə gözləyərək ekranda görünən bildirişləri diqqətlə izləmək tövsiyə olunur.

Əməliyyatın tam başa çatdığına əmin olduqdan sonra dərhal bankın müştəri xidməti ilə əlaqə saxlamaq lazımdır.

Əgər ATM bank filialının qarşısındadırsa, həmin filialın əməkdaşlarına məlumat verilməsi tövsiyə edilir. Bildirilir ki, cihaz tərəfindən saxlanılan kartlar yalnız texniki yoxlamadan sonra müştəriyə geri qaytarılır.

Mütəxəssislər təhlükəsizlik məsələsinə də xüsusi diqqət çəkirlər. Qeyd olunur ki, kartın şifrəsi və digər şəxsi məlumatlar heç kimlə paylaşılmamalıdır.

Əgər ATM təhlükəli və ya nəzarətsiz ərazidə yerləşirsə, ən doğru addım bankla əlaqə saxlayaraq kartı dərhal bloklatdırmaqdır.

Bundan əlavə, bəzi hallarda ATM pulu verməsə də, məbləğ hesabdan çıxıla bilər. Belə vəziyyətdə əməliyyatın vaxtını və ATM-nin kodunu qeyd edib banka rəsmi müraciət etmək tövsiyə olunur.


media-728x90banner

Bənzər xəbərlər