“KATV1” internet provayderinin xidmətindən narazılıqla bağlı vətəndaş şikayəti yayılıb.

XALQ xəbər verir ki, sosial şəbəkə istifadəçisi olan şikayətçi yaşadığı binada internetin kəsildiyini və uzun müddət bərpa olunmadığını bildirib. Abunəçinin sözlərinə görə, dəfələrlə edilən zənglərə baxmayaraq, şirkət tərəfindən yalnız “nasazlıq var” cavabı verilib və problemin həlli ilə bağlı dəqiq vaxt açıqlanmayıb.

media-8

Xüsusilə evdən işləyənlər üçün ciddi problem yaradan bu vəziyyət vətəndaşı maddi ziyana salıb. Şikayətçinin müraciətini olduğu kimi təqdim edirik:“Şikayətim ‘Katv1’-dəndir. Bu gün səhər saat 11-dən binamızda internet yoxdur. Qonşularla dəfələrlə zəng etməyimizə baxmayaraq, ancaq ‘nasazlıq var’ deyirlər. Evdən işləyən biri olaraq 5 saat üçün artıq 30 manatlıq mobil internet paketi bitirmişəm. Bu necə məsuliyyətsizlikdir? Bərbad xidmət səviyyəsi var. Yəqin ki, yeni aydan xidməti ləğv edəcəyəm. Xahiş edirəm, bununla bağlı hansı quruma şikayət edə biləcəyimizi bildirəsiniz.”Yenicag.az


media-728x90banner

Bənzər xəbərlər