Tatarıstanda pilotsuz uçuş aparatı (PUA) təhlükəsi ilə bağlı Kazan və Nijnekamsk hava limanlarında uçuşlar dayandırılıb.

XALQ.AZ Rusiya mediasına istinadən xəbər verir ki, hazırda Kazanda hava hücumu təhlükəsi ilə bağlı siren səsləri eşidilir.

Buna səbəb Tatarıstan səmasında PUA görünməsi olub. Bununla yanaşı, respublikada bir neçə müəssisədə işçilərin təxliyəsi də həyata keçirilir.

Rusiyanın teleqram kanallarında sözügedən PUA-nın Ukraynaya məxsus olduğu barədə məlumat və dronun görüntüləri yayılıb.

*****

Tatarıstan üzərində Ukraynanın pilotsuz uçuş aparatı (PUA) vurulub.

Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

 


media-728x90banner

Bənzər xəbərlər