“Khan” servisdə “Porshe” yandı-Video
Ötən gün Bakıda yerləşən avtoservisdə baş verən yanğın zamanı “Porshe” markalı avtomobil yanıb.
XALQ-ın məlumatına görə, yanğın paytaxtın Nizami rayonu, Babək prospektində, ”Xan- Avto” servisdə iş vaxtı baş verib.
Ustalar avtomobilləri təmir edərkən qəfildən onlardan birində yanğın olub.
Dərhal yanğınsöndürənlərə məlumat veriblər. Alovun daha geniş miqyas almasına imkan verilmədən söndürülüb.
Servisin sahibi Emin Vəliyev deyir ki, yanğın olan avtomobil elektromobildir və usta onun təmiri üçün işləyirmiş.
Emil Vəliyev onu da əlavə etdi ki, avtoservis sığortalıdır. Ümumi sahəsi 450kv.m. olan servisə də yanğın zamanı zərər dəyib.
Faktla bağlı araşdırma aparılır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.










