Kişinau vəzifəli şəxslər saxlanıldı
Cümə axşamı kütləvi axtarışlardan sonra Moldovanın Kişinau meriyasının dörd əməkdaşı rüşvət ittihamı ilə həbs edilib.
XALQ xəbər verir ki, Moldovanın Milli Antikorrupsiya Mərkəzinin məlumatına görə, onlar dövlət tenderlərində qalib gəlmələri üçün təsərrüfat subyektlərindən sistematik şəkildə rüşvət almaqda şübhəli bilinirlər.
Agentliyin məlumatına görə, həmin iş üzrə üç biznesmen də saxlanılıb. Hüquq-mühafizə orqanları axtarışlar zamanı cinayət fəaliyyətini təsdiq edən müxtəlif sənədlərin tapıldığı bildirirlər.










