media-kiy

Ukraynanın paytaxtı Kiyev iyulun 8-nə keçən gecə Rusiyanın ballistik raket və pilotsuz uçuş aparatları (PUA) ilə növbəti hücumuna məruz qalıb. Şəhərin müxtəlif rayonlarında güclü partlayışlar eşidilib, bir neçə ərazidə yanğınlar qeydə alınıb.

Hücum zamanı ölkənin şimal istiqamətindən ballistik raket təhlükəsinin yarandığını açıqlayıb və əhaliyə sığınacaqlarda qalmaq çağırışı edib.

İlkin məlumata görə, Kiyevin Desnyanski rayonunda raket zərbəsi nəticəsində anbarlarda yanğın baş verib. Svyatoşinski rayonunda isə qeyri-yaşayış təyinatlı binaya zərbə endirilməsi nəticəsində yanğın başlayıb.

Kiyev meri Vitali Kliçko “Telegram” kanalında paylaşdığı məlumatda paytaxtın ballistik raketlərlə hücuma məruz qaldığını bildirərək sakinləri təhlükə aradan qalxana qədər sığınacaqları tərk etməməyə çağırıb.

Sonradan Kiyev Şəhər Hərbi Administrasiyasının rəhbəri Timur Tkaçenko hücum nəticəsində ilkin olaraq bir nəfərin yaralandığını açıqlayıb. O, həmçinin Kiyevə yaxınlaşan istiqamətlərdə düşmənin zərbə PUA-larının hərəkət etdiyini və gün ərzində də təhlükənin davam edə biləcəyini bildirib.

Kiyev meri Vitali Kliçko yaralıların sayının iki nəfərə çatdığını açıqlayıb. Onun sözlərinə görə, zərərçəkənlərdən biri xəstəxanaya yerləşdirilib. Hazırda hücumun nəticələrinin aradan qaldırılması istiqamətində işlər davam edir. Hadisə ilə bağlı əlavə məlumatların veriləcəyi gözlənilir.


media-728x90banner

Bənzər xəbərlər