Kiyevə dron zərbələri: Öl*n və yaralananlar var
Rusiyanın Kiyevə təşkil etdiyi son hava hücumu nəticəsində həlak olan mülki şəxslərin sayı artıb.
XALQ xəbər verir ki, bu barədə paytaxt merı Vitali Kliçko özünün teleqram kanalında məlumat yayıb.
Məlumata görə, dağıntılar altından daha bir neçə nəfərin cəsədinin çıxarılması ilə ölənlərin sayı 12 nəfərə çatıb. Mer qeyd edib ki, həlak olanlar arasında 15 yaşlı bir yeniyetmə qız da var.
Kliçko həmçinin yaralıların sayının 57 nəfərə yüksəldiyini bildirib. Hazırda onlardan 27-si paytaxtın müxtəlif tibb müəssisələrində müalicə olunur, digərlərinə isə ambulator yardım göstərilib.
Xatırladaq ki, bu gün səhər saatlarında Kiyev intensiv raket və dron hücumuna məruz qalıb, nəticədə bir neçə yaşayış binası və infrastruktur obyekti ciddi zərər görüb.
XALQ Ukrayna mediasına istinadən xəbər verir ki, hücum nəticəsində 7 nəfər həlak olub, 44 nəfər isə yaralanıb.
Daha 20 nəfərin isə itkin düşdüyü bildirilir. Hazırda axtarış-xilasetmə işləri davam etdirilir.
Hadisə ilə bağlı mayın 15-i Kiyevdə matəm elan edilib.










