media-arzu

İyulun 14-də  Milli Məclisin  növbədənkənar sessiyasının növbəti iclası keçirilib.

XALQ xəbər verir ki, iclasda cari məsələlərin müzakirəsi keçirilib.

İclasda Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev “Müdafiə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsini (üçüncü oxunuş) təqdim edib. O, qanun layihəsində  ərazi müdafiəsi ilə bağlı normanın təkmilləşdirilməsi məqsədilə dəyişikliyin nəzərdə tutulduğunu bildirib. Komitə sədri sənədə dair əlavə təklif və rəyin olmadığını deyib və onun səsə qoyulmasını xahiş edib.

Sənəddə ərazi müdafiəsinin Azərbaycan Silahlı Qüvvələri tərəfindən dövlət orqanları, yerli özünüidarəetmə orqanları və hüquqi şəxslərlə qarşılıqlı əlaqədə həyata keçirilməsi, ərazi müdafiəsinin təşkili, hazırlığı və təmin olunması qaydalarının Azərbaycan Respublikasının ərazi müdafiəsi haqqında Əsasnamə ilə müəyyən edilməsinin  məqsədəmüvafiq olduğu bildirilib.

Deputatlar Hikmət Məmmədov və Aydın Mirzəzadə fikirlərini səsləndirdikdən sonra qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.


media-728x90banner

Bənzər xəbərlər