media-aile44

“Sığınacaqlarda yerləşdirilən uşaqların nəinki simaları göstərilməməlidir, hətta məlumatları da sosial şəbəkələrdə paylaşılmamalıdır. Uşaqlardan sui-istifadə edilməməlidir, belə halların qarşısı alınmalıdır”.

 

XALQ xəbər verir ki, bu sözləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Analitik təhlil və informasiya təminatı şöbəsinin müdiri Elgün Səfərov Medianın İnkişafı  Agentliyinin təşkilatçılığı ilə keçirilən “İctimai proseslər media müstəvisində” mövzusunda III Forum çərçivəsində “Rəqəmsal mühitdə gözlənilməz risklər: Zərərli informasiyaya qarşı birgə mübarizə” adlı panel sessiyada deyib.

 

Qurum rəsmisi deyib ki, belə hallara xüsusilə, sığınacaq rəhbərləri yol verirlər: “Prioritet uşağın marağı və onun gələcəyidir. Sığınacaqlardakı uşaqlar xüsusilə həssas kateqoriyadır. Onların məlumatlarını sosial şəbəkələrdə açıq şəkildə paylaşmaq qanun pozuntusudur”.


media-728x90banner

Bənzər xəbərlər