media-komp

“Komptel Baku”nun Müştəriləri Aldatdığı İddiaları ilə Bağlı Şikayətlər Artıb

XALQ məlumat verir ki, Azərbaycanda mobil telefon aksesuarları satan “Komptel Baku” mağazası haqqında müştərilərin şikayətləri artıb. Qaynar xəttə müraciət edən vətəndaşlardan biri mağazada yaşadığı aldatma halları ilə bağlı şikayət edib.

Şikayətçi bildirib ki, 18 noyabr tarixində aksesuar almaq üçün mağazaya daxil olub. O, 28 Mayda yerləşən “Komptel Baku”da anti-udar ekran qoruyucu almaq istəyib və əməkdaş ona “iPhone 17 Pro” modeli üçün endirimlə 40 AZN qiymətinə “Nano” qırılmayan anti-udar ekran qoruyucu təklif edib. Lakin müştəri qiymətlərin hamıya fərqli təqdim edildiyini başa düşdükdən sonra alış-verişə başlayıb və hər bir məhsulun qiymətinin gözləniləndən daha yüksək olduğunu görüb.

Şikayətçiyə görə, mağazanın əməkdaşı ona təklif etdiyi məhsulların qiymətini şişirdib və 5-10 AZN əlavə məbləğlər tələb edib. O, həmçinin, müştəridən telefonunun mikrofonunu təmizləmək adı ilə 10-15 AZN arası əlavə pul alıb. Şikayətçi, “Komptel Baku”da müştərilərin vəziyyətinə və geyimlərinə görə qiymətlərin dəyişdiyini vurğulayaraq bildirib ki, əgər müştəri yaxşı geyim geyinirsə və qiymətləri soruşmadan məhsul alırsa, onun daha yüksək qiymətə aldatıldığı ehtimalı böyükdür.

Müştəri 1 ədəd sadə anti-udar qoruyucu, 1 telefon tutacağı, 2 telefon üçün sadə case, 1 usb şnurundan ibarət alış-verişin qarşılığında 90 AZN ödəniş edib. O, əlavə olaraq qeyd edib ki, mağazanın POS-terminalı işləmədiyi üçün ödənişin kart-to-kart üsulu ilə həyata keçirilməsini tələb ediblər.

Sabahı gün isə müştəri mağazaya yenidən müraciət edərək, eyni “iPhone 17 Pro” üçün endirimlə təklif olunan anti-udar ekran qoruyucunun qiymətini soruşub.Müştəri həmçinin WhatsApp üzərindən mağazaya yazaraq qiymət soruşub və ona antiudarın 15 AZN qiymət verilib.

Bundan əlavə, müştəri mağazanın rəhbərliyinin əlaqə nömrəsini istəyib, lakin ona həmin məlumatın verilmədiyi bildirilmişdir.

Məsələ ilə bağlı “Komptel Baku”ya müraciət edildikdə isə mağaza rəhbərliyindən şikayətə diqqət yetirilməyib.

Ümid edirik  Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi  və Vergilər Nazirliyi, məsələyə müdaxilə etməli və istehlakçı hüquqlarının qorunması üçün tədbir görməlidi.Patrulaz.az

media-11 media-12

 


media-728x90banner

Bənzər xəbərlər