media-kont
Bu barədə Aytac Zeynalova öz səhifəsində məlumat verib: “”Kontakt Home” Gəncə filialından iPhone 16 telefonu götürmüşük. Daha sonra ödəniş cədvəlinə baxanda 150 azn əlavə ödəniş gördük. Zəng edib maraqlandıqda quraşdırılma haqqı olaraq 150 manat əlavə olunduğu deyilib. Bu haqda isə biz telefonu alarkən heç bir məlumat verilməyib. İşçi özbaşına əlavə xidmət satıb.
Bununla bağlı səs və görüntü yazını da tələb edirik. Səs yazma olmadığı bildirildi. Haqqımızı tələb etdikdə isə mağazada çalışan Tural adlı şəxs polislə hədə qorxu gəlir. Bizə xidmət göstərmək istəmədiyni bildirdi.
Göstərilən xidmət cədvəlinə baxdıqda isə yalandan “reklam bloklayıcı” və “ios aktivasiya” yazıblar. İş orasındadır ki, telefonda reklam bloklayıcı yoxdur. Heç İOS üçün elə bir şeyə ehtiyac yoxdu). Və aktivasiyanı soruşduqda isə onun İMEİ aktivləşdirmə yox İOS lisenziyası olduğunu deyirlər. Heç Apple-nin belə şeydən xəbəri yoxdu. Amma Kontakt home ios aktivləşdirir)
Çox hörmətli #KONTAKT #HOME məsələni araşdırın. Biz tələb edəndə yoxa çıxan səs yazı, kamera görüntülərini indi ortaya çıxarın. İşçinizə izah edin müşəti ilə davranış qaydalarını. Haqlı olduğmuzu sübut etdiyimiz üçün müştərini mağazada təhqir edib qovan işçiniz barədə tədbir görün!”
Mövzunu diqqətdə saxlayacağıq.

media-728x90banner

Bənzər xəbərlər